“Əgər 70 il ərzində Araz çayı üzərində cəmi 1 müştərək elektrik stansiyası tikilmişdirsə, müstəqillik illərində Naxçıvanda 9 yeni elektrik stansiyası qurulub ki, bunun da 5-i su, 3-ü isə günəş elektrik stansiyasıdır. Onların sırasına bu gün 5 meqavat gücündə yeni Şərur Günəş Elektrik Stansiyası da daxil olur”.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu sözləri Şərur rayonunun Zeyvə kəndində yeni günəş elektrik stansiyasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.
“Bu da muxtar respublikada Günəş Elektrik stansiyalarının gücünü 32 meqavata, illik istehsalını isə 50 milyon kilovat-saata çatdıracaqdır”,-deyə Sədr əlavə edib.
Rəylər (0):