Naxçıvanda elektrik enerjisi istehsalı 1 faiz artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 444,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqaisədə 4,4 mln. kVt-saat və ya 1 faiz çoxdur.

Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 90,9 mln. kVt-saat, günəş elektrik stansiyalarında 57,8 mln. kVt-saat elektrik enerjisi (qalanı İstilik Elektrik Stansiyalarında) istehsal olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *