2024-cü ildə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 84,3 % artıb.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir paylaşımında həmçinin qeyd edib ki, 2024-cü il Azərbaycanın daha 5 ölkəyə qaz tədarükünün başlanması, 1240 MVt gücündə günəş-külək elektrik stansiyalarının təməlinin qoyulması, 104,8 MVt gücündə su elektrik stansiyaların istismara verilməsi, “Xəzər- Qara dəniz-Avropa”, “Mərkəzi Asiya - Azərbaycan” yaşıl enerji dəhlizləri üzrə Birgə müəssisələrin təsis edilməsi, COP29-un enerji təşəbbüslərinin qəbul edilməsi və çoxsaylı enerji tərəfdaşlıqlarının qurulması kimi uğurlarla zəngin oldu.
Rəylər (0):