Nazir: "Azərbaycanda bərpa olunan enerji mənbələrinin payı 37 %-dən çox olacaq"

image

2027-ci ilədək 3 QVt-dan çox yaşıl enerji güclərinin istismara verilməsi planlaşıdırılır ki, nəticədə ölkəmizin elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payı 37 %-dən çox olacaq.

Renewables.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunu energetika naziri Pərviz Şahbazov Çində “Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında keçirilən Beynəlxaq Enerji Keçidi Forumunda onlayn formatda çıxışında bildirib.

Nazir bildirib ki, beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edilir: "Bu “yaşıl enerji” güclərinin 2027-ci ilədək 3 QVt-dan çoxunun istismara verilməsi planlaşdırılır ki, nəticədə ölkəmizin elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payı 37 %-dən çox olacaq. Həmçinin 2030-cu ilə daha 5 QVt-lıq layihələrin reallaşdırılması planlarımız var".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *