Nazir: "Şuşada iri həcmli "yaşıl enerji" layihələri üzrə müqavilə imzalanacaq"

image

Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir, Xəzərin enerji tarixində tamamilə fərqli, yeni bir səhifə açılır.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

Onun sözlərinə görə, iki gün sonra Qarabağın incisi Şuşada iri həcmli "yaşıl enerji" layihələri üzrə yeni müqaviləyə imza atılacaq: “Belə davamlı təşəbbüslər Azərbaycan Prezidentinin ölkənin inkişafında bərpa olunan enerji mənbələrini strateji prioritet kimi təsbit edən “yaşıl enerji" kursuna qısa müddətdə beynəlxalq marağın göstəricisidir. Azad edilmiş ərazilərin zəngin bərpa olunan enerji potensialının “sıfır emissiya”lı “yaşıl enerji" zonası konsepsiyasında istifadəsi çağırışına investorların adekvat reaksiyasıdır.”

Nazir Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzinin tamamilə bərpa olunan enerjidən istifadəyə əsaslanan “yaşıl enerji" zonası kimi Qarabağ-Şərqi Zəngəzur və 157 QVt-lıq külək enerjisi potensialı olan Xəzər dənizinin üzərinə düşdüyü, bu geostrateji əhəmiyyətli məkanların Azərbaycanın həm də “yaşıl enerji" ixracının mənbəyi olacağı qeyd edilib.

O, ixrac marşrutları qismində Zəngəzur dəhlizi, Qara dəniz üzərindən planlaşdırılan yeni ötürücü xətlərdən bəhs edib: "Azərbaycanın enerji sahəsində çoxistiqamətli islahatlarla dəstəklənən “yaşıl” gündəliyinin qlobal inkişaf meyilləri ilə uzlaşdığını deyən nazir bildirib ki, Azərbaycan irəlidə qənaət ediləcək qazın, “yaşıl enerji” və “təmiz” hidrogenin ixracı sayəsində qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə genişləndirən ölkə olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *