Nazir: Türkiyə hər il 5 giqavat günəş və külək enerjisi gücü quraşdırmalıdır

image

Bizim çox iddialı bərpa olunan enerjinin inkişafı proqramımız var. Türkiyə hər il bərpa olunan enerji gücünə 5 min MVt günəş və külək gücü əlavə etməlidir. Biz bunu 2035-ci ilə qədər planlaşdırmışıq.

Renewables.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Dənizdə külək enerjisinin ilk mərhələsində 5 min MVt hədəfin olduğunu deyən Bayraktar bərpa olunan enerji şəbəkəsinin gücləndirilməsi ilə bağlı 10 il ərzində 10 milyard dollar investisiyanın qoyulacağını bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *