"Nordex" Türkiyədən 39 ədəd külək turbini sifarişi aldı

image

Almaniyanın külək turbini istehsalçısı "Nordex Group", "Caba Group"un Türkiyədə inşa edəcəyi "İstanbul KES"in ikinci mərhələsi üçün 187 MVt gücündə külək turbini sifarişi alıb.

Şirkətdən verilən açıqlamaya görə, toplam gücü 211 MVt olacaq İstanbul külək elektrik stansiyanın inşasının ikinci mərhələsi üçün "Caba Group" tərəfindən verilən sifariş "Delta 400" seriyasından 39 ədəd "N133/4800" turbinindən ibarətdir və 15 illik xidmət (təmir) anlaşması imzalandı. Sifarişin yayın sonlarında gerçəkləşdiriləcəyi planlaşdırılır.

"İstanbul KES" toplam 44 külək turbininə, 211 MVt qoyuluş gücünə sahib olacaq. Stansiya ildə 850 milyon kilovat-saat (850 qeqavat-saat) elektrik enerjisi istehsal edəcək.

"Nordex" Türkiyənin külək enerjisi bazarında 27% payla liderdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *