Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondu (the OPEC Fund) Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə bərpa olunan enerji investisiyaları üçün vəsaitləri səfərbər etməyə çalışan qlobal təşəbbüs olan Enerji Keçidinin Sürətləndirilməsinin Maliyyələşdirilməsi (ETAF) platformasına qoşulmaq üçün saziş imzalayıb.
Renewables.az IRENA-ya istinadla xəbər verir ki, OPEC Fondu tərəfdaş ölkələrində bərpa olunan enerji sahəsini maliyyələşdirmək üçün 2030-cu ilə qədər platformaya 250 milyon ABŞ dollarına qədər maliyyə dəstəyi verməyi planlaşdırır.
IRENA-nın baş direktoru Françesko La Camera və OPEC Fondunun baş direktoru Əbdülhəmid Alxalifa sazişi Vyanada OPEC Fondunun İnkişaf Forumu zamanı imzalayıblar.
Qeyd edək ki, IRENA tərəfindən yaradılmış və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən ETAF platforması bərpa olunan enerji mənbələrinə ilkin olaraq 2030-cu ilə qədər ən azı 1 milyard ABŞ dolları ayırmağı hədəfləydi. Bu rəqəm OPEC Fondunun öhdəliyi və bütün mövcud ETAF tərəfdaşlarının töhfələri ilə 1,15 milyard ABŞ dolları məbləği təşkil edib.
Rəylər (0):