"Orsted" şirkəti Texasda nəhəng hibrid GES layihəsini həyata keçirdi

image

Danimarkanın enerji şirkəti "Orsted", ABŞ-ın Texas ştatında 460 MVt gücündə günəş elektrik stansiyası və 40 MVt enerji saxlama (depolama anbarı) təsisi olmaqla ilk iri miqyaslı layihəsini həyata keçirdi.

"Berpaolunanenerji.az" şirkətin rəsmi saytına istinadən xəbər verir ki, layihə Texas ştatının Andrus şəhərində həyata keçirilib.

Neft və təbii qaz təsislərinin də olduğu bölgədə inşa edilən GES və enerji saxlama təsisi, ötən qış enerji çatışmazlığı baş verən Texasda, artan enerji tələbinin qarşılanmasında rol oynayacaq.

1.3 milyon günəş panelinin qurulduğu stansiya, 80 mindən çox evin elektrik enerjisi ehtiyacını qarşılaya biləcək.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *