Ötən il Azərbaycanda yaşıl enerji istehsalı 2 dəfəyə yaxın artıb

image

2024-cü ilin 12 ayı üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən ötən il respublikada elektrik enerjisinin istehsalı 28 milyard 394,1 milyon kVt-saat olub.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən bildirilib.

12 ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 24 milyard 543,2 milyon kVt-saat, su elektrik stansiyalarında (SES)-lərdə 3 milyard 011,0 milyon kVt-saat, digər mənbələr üzrə isə 839,9 milyon kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında (KES) 51,1 milyon kVt-saat, günəş elektrik stansiyalarında (GES) 556,3 milyon kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə, 2024-cü il ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1 milyard 728,7 milyon kVt-saat artaraq (2 dəfəyə yaxın) 3 milyard 850,9 milyon kVt-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 milyard 138,6 milyon kVt-saat (İES-lərdə 22 milyard 322,9 milyon kVt-saat, SES-lərdə 2 milyard 815,7 milyon kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 490,4 milyon kVt-saat (İES-lərdə 253,4 milyon kVt-saat, SES-lərdə 176,2 milyon kVt-saat, GES-lərdə 60,8 milyon kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 38,5 milyon kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 726,6 milyon kVt-saat təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 1 milyard 397,5 milyon kVt-saat, idxalı isə 170,5 milyon kVt-saat olub.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 466,4 milyon kVt-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 142,3 milyon kVt-saat, idxalı isə 10,6 milyon kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *