Özbəkistan yaşıl hidrogen istehsal edəcək

image

Özbəkistanın “Uzkimyosanoat” Səhmdar Cəmiyyəti Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə birgə pilot qaydada Çirçik şəhərində yaşıl hidrogen istehsalı layihəsini həyata keçirməyə başlayıb.

Renewables.az Özbəkistan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə prezident Şavkat Mirziyoyev və Səudiyyə Ərəbistanının nümayəndə heyətinin iştirak edib.

Birinci mərhələdə Buxara rayonunda ildə 3 min ton hidrogen istehsal etmək və mineral gübrələrə emal etmək, o cümlədən elektrolizatorların istehlakını ödəmək üçün gücü 52 MVt olan külək turbinlərinin quraşdırılması nəzərdə tutulur.

Layihənin tam icrası nəticəsində ölkədə 2,4 QVt gücündə külək turbinləri quraşdırılacaq, ildə 500 min ton yaşıl ammonyak istehsal olunacaq. Məlumata görə, yaşıl enerji (yaşıl hidrogen) əsasında istehsal olunan mineral gübrələr bütün dünyada 15-20 % baha satıla bilər. Gözlənilir ki, Özbəkistanda yaşıl (ekoloji cəhətdən təhlükəsiz) enerjidən istifadə dünya bazarında yerli məhsulların qiymətini artıracaq və alıcıların sayını artıracaq.

Layihədə Çinin LONGi şirkətinin texnologiyalarından istifadə edilir. Layihə istifadəyə verildikdən sonra gübrə istehsalında təbii qazdan istifadə azalacaq və hər il təxminən 33 milyon kubmetr təbii qaza qənaət ediləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *