Özbəkistanda növbəti 3 ildə 8 QVt gücündə günəş və külək stansiyaları istifadəyə veriləcək

image

Özbəkistanda növbəti 3 ildə 8 QVt gücündə 28 günəş və külək elektrik stansiyaları istifadəyə veriləcək.

Renewables.az-ın məlumatına görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

Özbəkistan Prezidentinin sözlərinə görə, 2024-cü ildə yaşıl enerji istehsalı 13 milyard kVt-saata çatacaq: "944 kilometr yüksək gərginlikli elektrik verilişi xətti və 6 iri yarımstansiya tikiləcək. 2,2 QVt gücündə 18 enerji saxlanc sistemi quraşdırılacaq. Cari il yaşıl enerjinin payı 15 faizə çatacaq". 

Mirziyoyev qeyd edib ki, enerji sektoruna 2,1 milyard ABŞ dolları məbləğində birbaşa investisiya daxil olub, daha 13 milyard dollarlıq layihələr həyata keçirilir: "Demək olar ki, bütün regionlarda müasir günəş və külək elektrik stansiyaları tikilir. O cümlədən, Buxara, Cizzəx, Kaşkədərya, Nəvai, Səmərqənd və Surxandəryada 1,6 QVt gücündə 9 günəş və külək elektrik stansiyası istifadəyə verilib. Əndican, Səmərqənd, Surxandərya və Daşkənd vilayətində 183 MVt gücündə 6 su elektrik stansiyası istifadəyə verilib".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *