Pərviz Şahbazov: 2024-cü ildə bərpa olunan enerji mənbələrinin payı təxminən 14 % olub

image

2024-cü ildə Azərbaycanda operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 28 milyard 394,1 milyon kVt-saat, ixracı 1 milyard 397,5 milyon kVt-saat, idxalı isə 170,5 milyon kVt-saat olub.

Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"2023-cü illə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 milyard 247,8 milyon kVt-saat, günəş elektrik stansiyalarında isə 476,9 milyon kVt-saat artıb. Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı təxminən 14 % olub", - deyə o qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *