Pərviz Şahbazov Astana Beynəlxalq Forumunda iştirak edəcək

image

Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edib.

Renewables.az Nazirliyə istinadla xəbər verir ki, Pərviz Şahbazov 8-9 iyun tarixlərində Astana şəhərində keçiriləcək Astana Beynəlxalq Forumunda iştirak edəcək.

Forum çərçivəsində Pərviz Şahbazovun “Bərpa olunan enerji sahəsində regional inkişaf: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları” mövzusunda panel müzakirələrdə iştirakı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *