Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji istehsalı artıb

image

Bu ilin yanvar ayında operativ məlumatlara görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2,493 milyard kVt/saat təşkil edib.

Renewables.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin hesabat dövründə isə Azərbaycandan elektrik enerjisi ixracı 157,4 milyon kVt/saat, idxalı isə 11,2 milyon kVt/saat olub.

Nazir bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 96,4 milyon kVt/saat artımla 268,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib: “Hesabat dövründə SES-lər 218,3 milyon kVt/saat, KES-lər 2,9 milyon kVt/saat, GES-lər 26,4 milyon kVt/saat, bərk məişət tullantılarının yandırılması zavodunda isə 20,9 milyon kVt/saat elektrik enerjisi istehsal edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *