Pərviz Şahbazov BƏƏ-nin sənaye və energetika naziri ilə yaşıl enerji sahəsində əməkdaşlığın inkişafını müzakirə edib

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb.

"Renewables.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.

Görüş zamanı iki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı və qlobal enerji bazarlarındakı vəziyyət müzakirə edilib. "BƏƏ ölkəmizin "yaşıl" prioritetlerinin icrasında mühüm tərəfdaşıdır", - deyə azərbaycanlı nazir bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *