Pərviz Şahbazov: Bərpa olunan enerji istehsalı 192,1 milyon kVt-saat artıb

image

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 686,4 milyon kVt-saat, ixrac 221,6 milyon kVt-saat, idxal isə 32,5 milyon kVt-saat olub.

Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, yanvar-fevralda İstilik Elektrik Stansiyaları üzrə 4 milyard 316,2 mlyon kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 192,1 milyon kVt-saat artımla 370,2 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *