Energetika naziri Pərviz Şahbazov Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Baş nazir Səbuhi Məmmədov və Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev ilə görüşüb.
"Renewables.az" xəbər verir ki, bu barədə P.Şahbazov tviter hesabında yazıb.
Nazir qeyd edib: "Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Baş nazir Səbuhi Məmmədov və Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev ilə sənaye miqyaslı yaşıl enerji layihələrinin reallaşdırılması və Naxçıvan üzərindən ixracı perspektivlərinə dair səmərəli müzakirələrimiz oldu".
Rəylər (0):