Pərviz Şahbazov: “Xudafərin” və “Qız Qalası” SES-lərinin inşası 2-3 ilə tamamlanacaq”

image

“Azad olunmuş ərazilərdə bir sıra böyük layihələrin məhz xarici investisiyalar hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir”.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

P.Şahbazov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə hidroenerji potensialının istifadə olunması istiqamətində müvafiq işlər görülür: “Həmçinin “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının inşasının yaxın 2-3 ildə tamamlanması da regionun yaşıl enerji zonasına çevrilməsinə öz töhfəsini verəcək”.

Qeyd edək ki, Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 MVt-dır. O cümlədən “Xudafərin” SES-in gücü 200 MVt, “Qız Qalası” SES-in gücü isə 80 MVt-dir. Hər iki elektrik stansiyasının 716 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mliyon kVt/saat-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *