Prezident: "Azərbaycanın istehsal etdiyi yaşıl enerji Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq"

image

Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.

"Renewables.az" Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda bərpaolunan enerji istiqamətində artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *