"Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq".
"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.
"Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar", - dövlət başçısı qeyd edib.
Rəylər (0):