“Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsi bizim enerjisistem üçün çox böyük əhəmiyyət kəsb edəcək. “Xudafərin” su elektrik stansiyasının gücü 200 MVt-dır, “Qız qalası” su elektrik stansiyasının gücü isə 80 MVt-dır. “Xudafərin” SES-in 100 MVt-ı, “Qız qalası” SES-in isə 40 MVt-ı Azərbaycanın payına düşür."
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında “Azərenerji”nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov deyib.
M.Hüseynovun sözlərinə görə isə, Qarabağda olan mövcud kiçik su elektrik stansiyaları 250 meqavat elektrik enerjisi istehsal etmək potensialına malikdir: “Nəzərə alsaq ki, “Güləbird” su elektrik stansiyasını ermənilər tamamilə dağıtmışdılar və orada “Azərenerji” müəyyən bərpa işləri gördü, hidroturbinlər, hidroqurğular və digər avadanlıqlar bərpa olundu. Biz bunları və o çaylardakı bolsululuğu nəzərə alsaq, biz hardasa 240-250 MVt-a qədər kiçik su elektrik stansiyalarında elektrik enerjisini istehsal edə biləcəyik”.
Rəylər (0):