Qazaxıstan və Özbəkistan Azərbaycan vasitəsilə yaşıl enerji dəhlizlərinə qoşulmaqda maraqlıdır

image

Azərbaycan Respublikası, Özbəkistan Respublikası və Qazaxıstan Respublikasının iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisindən Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsi ilə bağlı üçtərəfli görüş keçirilib.

Renewables.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qonaq nazirlər ölkələrin bərpa olunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən əldə edilmiş elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildiriblər.

Bu kontekstdə Azərbaycanın enerji sisteminin inteqrasiyasından sonra Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik enerjisi xəttinin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *