Qazaxıstanda bərpa olunan enerji istehsalı ilin birinci yarısında 6,5 faizə çatıb.
Renewables.az Qazaq Green portalına istinadən xəbər verir ki, hesabat dövründə bərpa olunan enerji mənbələrindən 3 mlrd. 896 mln. kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu dövrdə külək enerjisi 2 mlrd. 325 mln. kilovat-saat, günəş enerjisi 974,9 mln. kilovat-saat, hidroenerji 595,36 mln. kilovat-saat, bioqaz isə 0,43 mln. kilovat-saat təşkil edib.
Qeyd edək ki, Qazaxıstanda ümumi qoyuluş gücü 2 903,7 meqavat olan 148 yaşıl enerji stansiyası (gücü 100 kVt-dan çox) fəaliyyət göstərir.
Rəylər (0):