Qırğızıstanda avqustun 1-dən 2026-cı ilin sonuna qədər enerji sektorunda fövqəladə vəziyyət rejimi tətbiq edilir.
Renewables.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, bu barədə Prezident Sadır Japarov sərəncam imzalayıb.
"Tədbir ölkəni iqlim dəyişkliyi, aşağı su axını və enerji potensialının çatışmazlığı ilə bağlı yaranmış enerji böhranından çıxarmaq üçün lazımdır. Bu il enerji kəsiri 3 milyard kilovat-saat təşkil edir və 2026-cı ilə qədər 5-6 milyarda qədər arta bilər", - məlumatda bildirilir.
Rəylər (0):