Orta Dəhliz üzrə yükdaşımalar 100 % "yaşıl enerji" ilə təmin ediləcək.
Renewables.az "Report"a istinadla xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda dekarbonizasiya ilə bağlı Asiya İnkişaf Bankı ilə birgə layihə həyata keçirilir. Bu günlərdə Bankın missiyası Bakıda idi, onlar dekarbonizasiya istiqamətində dəmir yollarına əlavə qrant ayırılmasına dair ilkin razılığını bildirdi. Bununla da biz Orta Dəhliz üzrə yüklərin demək olar ki, 100 % "yaşıl enerji" ilə daşınmasını təmin edəcəyik", - deyə o qeyd edib.
Rəylər (0):