"Saudi Aramco" yaşıl hidrogenlə bağlı anlaşma imzalayıb

image

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft-qaz şirkəti 2050-ci ilədək karbon qaz tullantılarını sıfırlamaq hədəfinə uyğun layihələrə sərmayə qoymaq ehtimalını araşdırır.

“Berpaolunanenerji.az” “Trade Arabia”ya istinadən xəbər verir ki, bu mənada “yaşıl” hidrogenium və ammonyak istehsalı nəzərdə tutulur. Bununla bağlı “Modern Industrial Investment” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. 

Həmçinin karbon tullantılarının ixtisarı ilə bağlı layihələrə dair də bir sıra tərəfdaşla sənəd imzalanıb.

Xatırladaq ki, bərpaolunan enerji suyun parçalanması yolu ilə əldə edildiyi üçün “yaşıl” hidrogenium başqa texnoloji üsullara nisbətən ən təmizdir. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *