Səfir: "Belçika şirkətlərinin bərpaolunan enerji sahəsində təklif edəcəyi çox şey var"

image

 Belçika şirkətləri Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Açılışı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2015-ci ilin noyabrında edilən Naxçıvandakı 20 meqavat gücə malik günəş elektrik stansiyası Belçikanın “Soltech” şirkəti tərəfindən quraşdırılıb.

"Berpaolunanenerji.az"ın məlumatına görə bunu Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans “Report” agentliyinə müsahibəsində deyib.

"İqtisadi əməkdaşlığın başqa nümunələri də var, bəzən çox spesifik sektorlarda da əməkdaşlıq olur. Belçika şirkətlərinin energetika sektorunda, o cümlədən bərpaolunan enerji sahəsində, eləcə də ətraf mühit, səhiyyə, logistika, kənd təsərrüfatı, su təmizləmə, yeni texnologiyalar və s. sahələrdə təklif edəcəyi çox şey var" , - deyə səfir bildirib.

Səfirin "Azərbaycanın energetika naziri Pərviz Şahbazovun daha əvvəl dediyi kimi, Belçika şirkətlərinin Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə tenderlərində iştirakı yeni əməkdaşlıq imkanları yaradacaq. Səfirlik bu imkanlara necə yardım edir?" sualına cavabı belə olub:

Kiçik səfirlik olaraq vəzifəmiz qanunvericilik bazası, investisiya mühiti və ticarət qaydaları, yəni Azərbaycanda xarici biznesə bu və ya digər şəkildə təsir edən bütün elementlər haqqında mümkün qədər çox məlumat toplamaqdır. Xarici şirkətlərə açıq olan tenderlər haqqında məlumatlar da daxil olmaqla, bu mövzuda təqdim olunan bütün elementlərə görə çox minnətdarıq. Bu, həm enerji sektoru, həm də digər sektorlar üçün ədalətlidir.

Biz eyni zamanda, şirkətlərimizə, xüsusən də kiçik və orta sahibkarlıq nümayəndələrinə Azərbaycanda bazar imkanlarını müəyyənləşdirməkdə kömək etməliyik. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *