Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji əməkdaşlığı genişlənmə potensialına malikdir.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib.
"Enerji sektoru uğurla inkişaf edən ticarət münasibətləri ilə yanaşı, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın vacib sahələrindən biridir", - deyə o bildirib.
"Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığı həm də bərpa olunan enerji mənbələri sektoruna da aiddir. "Yaşıl" enerji həm Aİ, həm də Azərbaycan üçün vacib sahələrdəndir", - P.Mixalko deyib.
Rəylər (0):