Səudiyyə Ərəbistanı Krallığının energetika naziri ilə görüş keçirilib

image

Energetika naziri Pərviz Şahbazov və İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl Səud ilə görüşüblər. 

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Videokonfrans formatında keçirilən görüşdə energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi, “yaşıl” enerjiyə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyət nəzərdən keçirilib.

Görüşdə enerji keçidi dövründə enerji səmərəliliyinin artırılması, ölkələrimiz arasında birgə layihələrin dəstəklənməsi və investisiya əməkdaşlığının genişləndirilməsi kimi məsələlər müzakirə olunub. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *