Səudiyyə Ərəbistanı Qazaxıstanın yaşıl enerji layihələrinə 10 milyard avro investisiya qoyacaq

image

Səudiyyə Ərəbistanının ACWA Power şirkəti Qazaxıstanda yaşıl enerji layihələrinin inkişafına 10 milyard dollar sərmayə qoyacaq.

Renewables.az Kazinform Agentliyinə istinadən xəbər verir ki, Ər-Riyadda Qazaxıstan-Səudiyyə Ərəbistanı Ölkələrarası Komissiyasının iclasında birgə investisiya layihələrinin inkişafı müzakirə edilib.

Məlumatda bildirilir ki, şirkət Qazaxıstanda külək enerjisi və hidrogen layihələrinin inkişafına 10 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırır.

Qeyd edək ki, ACWA Power şirkəti Azərbaycanda 240 MVt-lıq "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını tikəcək. Şirkətlə 2,5 QVt gücündə yaşıl enerji layihələrinin inkişafı ilə bağlı əməkdaşlıq edilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *