“Siemens Energy” şirkətinin nümayəndəsi AzTU-da "yaşıl hidrogen" mövzusunda seminar keçib

image

Almaniyanın “Siemens Energy” şirkətinin Elm və texnika bölməsinin rəhbəri Yaşar Musayev Azərbaycan Texniki Universiteti (AzTU) və digər ali təhsil müəssisələrinin, həmçinin elmi-tədqiqat institutlarının və sənaye sahələrinin əməkdaşlarına “Yaşıl enerji texnologiyası: Yaşıl hidrogen” mövzusunda seminar keçib.

Renewables.az AzTU-ya istinadən xəbər verir ki, qonağı görməkdən məmnunluğunu ifadə edən rektor Vilayət Vəliyev bu mövzuda seminarın keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib.

Bildirib ki, yaşıl enerji texnologiyalarının tədqiqi zamanı Almaniya təcrübəsindən yararlanmaq faydalı ola bilər. Rektor AzTU-da bu istiqamətdə görülən işlər və adıçəkilən mövzuda keçiriləcək konfrans barədə də məlumat verib.

Daha sonra Yaşar Musayev sözügedən mövzuda mühazirə oxuyub. O, əvvəlcə “Siemens Energy” şirkəti haqqında ətraflı məlumat verib. Daha sonra yaşıl enerji, habelə yaşıl hidrogen texnologiyaları sahəsində həyata keçirilən yeniliklər barədə geniş təqdimatla çıxış edib.

Seminarın sonunda suallar cavablandırılıb. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *