Almaniya, Niderland, Belçika və Danimarka Şimal dənizində 2050-ci ilə qədər 150 min MVt gücündə Külək Elektrik Stansiyası (KES) inşa edəcək.
"Berpaolunanenerji.az" "Euractiv"ə istinadən xəbər verir ki, Danimarkada keçirilən tədbirdə bununla bağlı müqavilə imzalanıb.
Buna səbəb enerji keçidini sürətləndirmək və Rusiyadan olan enerji asılılığına son qoymaqdır. Layihənin dəyəri 135 milyard avro olaraq dəyərləndirilir.
Layihə çərçivəsində, Avropa İttifaqında sıfır karbon səviyyəsinə çatmaq üçün lazım olan bütün dənizüstü KES-lərin yarısı inşa ediləcək.
İnşa ediləcək KES-lər 230 milyon evin elektrik enerjisinə olan ehtiyacını qarşılayacaq.
Rəylər (0):