Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Özbəkistanın Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" (Abu Dhabi Future Energy Company) şirkəti arasında 1 giqavat gücündə külək elektrik stansiyasının (KES) tikintisinə dair müqavilə imzalanıb.
Renewables.az bu barədə Özbəkistanın Energetika Nazirliyinə istinadən xəbər verir.
Müqaviləyə görə, Nəvai vilayətinin Uçkuduk rayonunda 1000 MVt (1 GVt) gücündə KES-in tikintisi layihəsi həyata keçiriləcək.
KES-in tikintisi 600-800 yeni iş yerinin yaradılmasına imkan verəcək. Stansiya hər il 3,5 milyard kVt-saat elektrik enerjisi istehsal edəcək ki, bu da 1 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu layihə Özbəkistan üçün təkcə iqtisadi baxımdan deyil, həm də ətraf mühitin mühafizəsi baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda atmosferə atılan karbon emissiyaları ildə 1,4 milyon ton azalacaq.
Qeyd edək ki, "Masdar"ın Özbəkistanda ümumi gücü 1497 MVt olan layihələri artıq həyata keçirilib. Şirkət Azərbaycanın etibarlı təmiz enerji tərəfdaşıdır və iri miqyaslı günəş və külək enerji layihələri həyata keçirir.
1 gvt kulek deyil, arasdirin dogru yazin. 2 gunes 1 kulek parkidir