SOCAR İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsini açıb

image

“SOCAR Energy” şirkəti tərəfindən İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Renewables.az-ın məlumatına görə, məntəqə paytaxt Bern şəhərinin yaxınlığında fəaliyyətə başlayıb.

Mərasimdə “SOCAR Energy” şirkətinin Baş icraçı direktoru Edqar Baxman, İsveçrə Federal Hökumətinin və Bern kantonunun rəsmiləri, İsveçrənin biznes icmasının üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın İsveçrədəki səfir Fuad İsgəndərov çıxışında Azərbaycan tərəfindən həyata keçirilən yaşıl enerji təşəbbüsləri, o cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə məlumat verib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *