Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında bərpa olunan enerji sahəsində tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Renewables.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi ilə görüşündən sonra tviter hesabında məlumat verib.
"ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi ilə görüşdə SOCAR və ADNOC arasında əməkdaşlığın möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin bərpa olunan enerji sahəsində tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - nazir tvitində bildirib.
Rəylər (0):