Su Elektrik Stansiyalarında elektrik enerjisi istehsalı artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,5 mln. kVt/saat artaraq 1980,1 mln. kVt/saat olub.

"Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir ki, ay ərzində elektrik enerjisinin ixracı 15,9 mln. kVt/saat, idxalı isə 29,3 mln. kVt/saat təşkil edib.

2021-ci ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı 10 928,0 mln. kVt/saat olub. Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 110,1 mln. kVt/saat artaraq 659,1 mln. kVt/saat olub.

SES-lərdə 5 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 582,2 mln. kVt/saat; Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 69,1 mln. kVt/saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *