2021-ci ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2408,9 mln. kVt/saat, ixracı 233,9 mln. kVt/saat, idxalı 10,4 mln. kVt/saat olub.
"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə ötən ilin on bir ayına nisbətən elektrik enerjisinin istehsalı Su Elektrik Stansiyalarında 180,4 mln. kVt/saat artaraq 1193,5 mln. kVt/saat olub.
Su Elektrik Stansiyalarında on bir ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 1053,7 mln. kVt/saat; Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 126,5 mln. kVt/saat təşkil edib.
Rəylər (0):