Sunak: "Britaniya bərpa olunan enerjinin inkişafının sürətləndirilməsi üzrə beynəlxalq səylərə rəhbərlik edəcək"

image

Böyük Britaniya bərpa olunan enerjinin inkişafının sürətləndirilməsi üzrə beynəlxalq səylərə rəhbərlik edəcək.

Renewables.az yerli mətbuata istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammiti öncəsi deyib.

"Əvvəlki COP sammitlərində dünya qlobal istiləşməni 1,5 dərəcəyədək azaltmaqla bağlı iddialı vədlər verib. Lakin vədlər zamanı keçdi, artıq hərəkət etməyin vaxtıdır. Bilirik ki, Böyük Britaniyanın ehtiyaclarınıq qarşılayan dənizdə güclü külək enerjisi üzrə elektrik stansiyalarından tutmuş Afrikada günəş enerjisinə qədər planetimizin müdafiəsi üçün lazım olan texnologiya və innovasiyalar əlimizin altındadır", - o deyib.

Sunakın sözlərinə görə, tullantıların sıfır səviyyəsinə keçid insanların təhlükəsizliyini gücləndirəcək və onları daha zəngin edəcək.

"Bu, fayda gətirməlidir, sadə ailələri yükləməli deyil. Böyük Britaniya ölkə daxilində praqmatik, uzunmüddətli həllərin qəbulu üzrə liderdir və COP28 sammitində planetin meşələrinin mühafizəsi, bərpa olunan enerjinin inkişafının sürətləndirilməsi və özəl maliyyələşdirmənin bütün potensialından istifadə üzrə beynəlxalq səylərə rəhbərlik edəcəyik", - o deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *