TAP vasitəsilə hidrogen və digər bərpa olunan qazların tədarükü perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

image

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Trans-Adriatik Boru Kəmərinin (TAP) icraçı direktoru Luka Skyepatti ilə görüşüb.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə karbon neytrallığının əldə olunması məqsədilə Yunanıstan və Albaniyada yerləşən kompressor stansiyalarının elektrikləşdirilməsi, həmçinin boru kəmərinin ötürücülük gücünün artırılması çərçivəsində hidrogen və digər bərpa olunan qazların tədarükü perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *