"Tashkent Riverside" layihəsi 533 milyon dollar məbləğində maliyyələşdirilib

image

Qazaxıstanda həyata keçirilən "Tashkent Riverside" layihəsinin maliyyələşdirilmə mərhələsi başa çatıb.

Renewables.az xəbər verir ki, bu barədə layihənin icraçısı olan Səudiyyə Ərəbistanının ACWA Power şirkəti məlumat yayıb.

Bildirilib ki, layihə üçün 6 maliyyə institutu tərəfindən kredit ayrılıb. ACWA Power Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), İslam İnkişaf Bankı (IsDB), DEG, Proparco, Standard Chartered və KfW-IPEX Bankı ilə imzaladığı müqavilənin həcmi 386 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Tashkent Riverside" layihəsi çərçivəsində 200 MVt gücündə günəş elektrik stansiyası və 500 MVt-saat həcmində Mərkəzi Asiyanın ən böyük batareya enerji saxlanc sistemi (BESS) layihəsi icra ediləcək. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *