10 il əvvəl - 2013-cü ilin 28 sentyabr tarixində Şabran rayonu ərazisində Samurçay, Taxtakörpü su anbarının üzərində tikilən “Taxtakörpü” Su Elektrik Stansiyası istismara verilib.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, stansiya ümumi gücü 25 MVt olmaqla, hər biri 8,33 MVt gücündə 3 ədəd hidroaqreqatdan ibarətdir.
Stansiyada 2021-ci ildə 29,1 mln. kVt-saat, 2022-ci ildə 62,7 mln. kVt-saat, 2023-cü ilin 8 ayı ərzində isə 22,9 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
İstismara verildiyi tarixdən 01.09.2023-cü il tarixinədək stansiyada elektrik enerjisi istehsalı 431,5 mln. kVt-saat təşkil edib.
Rəylər (0):