Təbriz Əmmayev: "Qarabağda 4000 MVt günəş və 500 MVt külək enerjisi potensialı var"
"İlkin dəyərləndirmələr onu göstərir ki, Qarabağda təqribən 4000 MVt-dan artıq günəş enerjisi potensialı var ki, bu da əsasən, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisindədir. Külək enerjisi potensialı isə Laçın və Kəlbəcər ərazisindədir, təqribən 500 MVt."
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Azərbaycan Televiziyasına verdiyi açıqlamasında bildirib.
O, həmçinin əlavə edib: "Bundan əlavə olaraq, hidroenerji potensialı vardır ki, bildiyiniz kimi, Xudafərin və Qız Qalası hidroqovşaqları üzərində su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Rəylər (0):