Türkiyə 2035-ci ildə bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalındakı payını 55 %-ə çatdırmağı hədəfləyir.
Renewables.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
"2035-ci ilə qədər hər il 3 min 500 meqavat günəş və 1500 meqavatı külək enerjisi olmaqla ümumilikdə 5 min meqavat yeni bərpa olunan enerji gücü hədəfləyirik. 2024-cü il də daxil olmaqla, növbəti 12 il ərzində ümumilikdə 60 min meqavat yeni bərpa olunan enerji gücünə çatmaq istəyirik”, - nazir bildirib.
Rəylər (0):