Türkiyə bərpa olunan mənbələrin istehsalını 50 faizə çatdıracaq

image

Türkiyə 2028-ci ildə bərpa olunan enerji istehsalını 50 faizə çatdırmağı hədəfləyir.

Renewables.az-ın məlumatına görə, bu barədə Türkiyənin vahid yol xəritəsi olaraq təyin olunan 12-ci İnkişaf Planında (2024-2028) qeyd olunub.

Sənəddə qeyd olunan hədəflərə görə, külək enerjisinin qoyuluş gücü 18 QVt-a, günəş enerjisinin qoyuluş gücü 30 QVt-a çatdırılacaq. Bundan əlavə, enerji saxlanc sistemi üzrə 5 QVt güc yaradılacaq.

İnkişaf Planına əsasən, ümumi elektrik enerjisinin qoyuluş gücü 136 QVt-a qədər artarkən, təbii qazın enerji istehsalındakı payı 15 faizə qədər azaldılacaq. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *