Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində Anlaşma Memorandumu imzalanıb

image

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi arasında enerji sahəsində Anlaşma Memorandumu imzalanıb.

Renewables.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, sənədlərin imzalanması Ciddədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında keçirilən görüşdən sonra baş tutub.

Sənəd türkiyəli nazir Alparslan Bayraktar ilə Səudiyyə Ərəbistanın energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl-Səud tərəfindən imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *