Türkiyənin "YEO Technology Energy and Industry" şirkəti Azərbaycanda günəş elektrik stansiyası layihəsinin hazırlanması və quraşdırılması üçün sifarişçi ilə müqavilə imzaladığını açıqlayıb.
Renewables.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şirkətin açıqlamasında deyilir: "Azərbaycandakı sifarişçi ilə günəş elektrik stansiyası üçün müqavilə imzalanıb".
Bildirilir ki, müqavilənin ümumi qiyməti 3 milyon 350 min 167,07 ABŞ dolları təşkil edir. Müqavilənin hansı qurumla imzalandığı və digər detallar açıqlanmır.
Ətraflı məlumat veriləcək.
Rəylər (0):