“Türkiyə-Yaponiya Enerji Forumu”nun keçirilməsinə dair Birgə Bəyannamə imzalanıb

image

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə türkiyəli nazir özünün "Facebook" hesabında yazıb.

Nazir bildirib ki, görüşdə Türkiyə və Yaponiya arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib.

"Görüşdən sonra iki ölkə arasında sözügedən əməkdaşlığı inkişaf etdirmək məqsədilə təşkil etməyi planlaşdırdığımız “Türkiyə-Yaponiya Enerji Forumu”nun başlanmasına dair Birgə Bəyannaməni imzaladıq. Qarşıdakı dövrdə Yaponiya ilə birgə işimizi “bərpa olunan enerji, enerji səmərəliliyi, təbii qaz və yeni yanacaq texnologiyalar” istiqamətlərində inkişaf etdirməyi hədəfləyirik", - Bayraktar bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *