Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi 2002-2022-ci illəri əhatə edən statistika məlumatlarını açıqlayıb.
Renewables.az xəbər verir ki, son 20 ildə elektrik enerjisinin qoyuluş gücü 32 QVt-dan 104 QVt-a qədər artıb, istismara verilən stansiyaların sayı 298-dən 11 427-ə çatıb.
Bu dövrdə yerli və bərpa olunan enerji mənbələrindən elektrik istehsalı 50 %-dən 57,9 %-ə qədər artıb. Belə ki, bu mənbələrdən enerji istehsalı 65 milyon kilovat-saatdan 189 milyon kilovat-saata qədər artıb. Təkcə bərpa olunan enerji istehsalı 26,3 %-dən 42,2 %-ə qədər artıb.
Son 20 ildə ölkədə su elektrik stansiyalarının qoyuluş gücü 12,2 QVt-dan 31,6 QVt-a çatıb ki, bu da 2,5 dəfə artım deməkdir. Bu dövr ərzində 9 425 MVt gücündə günəş elektrik stansiyaları istismara verilib. Külək enerjisinin qoyuluş gücü 19 MVt-dan 11,4 QVt-a qədər artıb.
Bu dövr ərzində bioenerji üzrə qoyuluş gücü 28 MVt-dan 2 309 MVt-a qədər, geotermal enerji üzrə qoyuluş gücü isə 17 MVt-dan 1 691 MVt-a qədər artıb.
Rəylər (0):