Türkmənistan hidrogen enerjisinə dair yol xəritəsini qəbul edib

image

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hidrogen enerjisi sahəsinə dair 2022-2023-cü illərdə beynəlxalq əməkdaşlığının inkişafı üzrə yol xəritəsini təsdiq edib.

“Berpaolunanenerji.az” yerli KİV-ə istinadən xəbər verir ki, sənəddə ölkədə müasir texnologiyalarla təchiz edilən, yüksək ixtisaslı mütəxəssislərə malik ixracat yönümlü hidrogen energetikasının yaradılmasını hədəfləyən beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi qarşıya məqsəd qoyulur.

Dövlət başçısının qənaətincə, ölkədə alternativ, o cümlədən az karbonlu enerji sahəsində qabaqcıl texnologiyaların tətbiqi, bu məsələdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *